Siyasət

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak edir

29 Dekabr 2015 16:41
Baxış: 1 268

Rusiya yüksək səviyyədə görüşlər daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə vasitəçilik yardımı göstərmək üçün bütün mümkün alətlərdən istifadə edir.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ötən ilin yekunları üzrə məlumatında deyilir.

Məlumatda qeyd olunur: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında çətin şərait fonunda münaqişə tərəflərinə vasitəçilik yardımının göstərilməsində fəal rol oynadı. Bunun üçün yüksək səviyyələrdə görüşlər daxil olmaqla bütün mümkün alətləri işə saldı. Müvafiq təşəbbüslər Rusiya prezidenti Vladimir Putinin apreldə Yerevana, iyunda Bakıya səfəri zamanı müzakirə edilib, eyni zamanda apreldə Ermənistanın, mayda isə Azərbaycanın xarici işlər nazirlərinin Moskvaya rəsmi səfərlərində nəzərdən keçirilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.