Siyasət

"Yaqland Azərbaycanla bağlı dərhal mövqe bildirməklə..."

8 Oktyabr 2015 18:28
Baxış: 462

Özünü insan haqlarının "cangüdəni" hesab edən Yaqland çox "usta diplomat"dır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb, amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb - Avropa Şurasının baş katibi olub".

Administrasiya rəhbərinin müavini yazır ki, Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa "sədaqəti"nin sonsuz olduğunu göstərir.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Şuranın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərar verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.