Bakıda səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının 99 faizə yaxını Nursultan Nazarbayevə səs veriblər. Bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, səsələrin hesablanması başa çatıb. Nazarbayevə 235 nəfər səs verib ki, bu da səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının 98,7 faizidir.
Qazaxıstan səfirliyinin məntəqəsində 252 ölkə vətəndaşı qeydiyyatda olub.
Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainovdur.
Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 95 faizindən yuxarısı səsvermədə iştirak edib.
Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.
Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.
Milli.Az
Siyasət
Bakıda seçicilər Nazarbayevə səs veriblər
27 Aprel 2015 00:16
Baxış: 847
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...
- Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb
- "Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- "Mona Liza"nın sirlərindən biri AÇILDI
- Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
- Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
- Slovakiyaya yardıma hazırıq - Bayden
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Baydenlə Trampın debat tarixi açıqlandı
- Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı
- Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO
- Kəklikotunun çoxsaylı faydaları
- Məhkəmə İmran Xanla bağlı qərar verdi
- Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
- İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
- Türkiyəli məşhur aktyor tanınmaz halda - FOTOlar
- Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
- Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - VİDEO - FOTO
- Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
- Hakim onu tənqid edən yeniyetmə qıza belə cavab verdi
- Günəşdə güclü partlayış oldu
- Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?
- "Ben bu cihana sığmazam"ın aktyoru məşhur serialda - FOTO