Siyasət

Ermənilər müxtəlif istiqamətlərdə ordumuzun mövqelərini atəşə tutublar

22 Noyabr 2014 09:39
1 Şərh     Baxış: 791
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.