"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı müraciət etdiyimiz beynəlxalq təşkilatların heç birində bununla bağlı faktaraşdırıcı komissiya yaradılmayıb. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə beynəlxalq təşkilatlar tərəfindən faktaraşdırıcı missiyanın göndərilməsi məsələsi, sadəcə, uzanır, daha doğrusu, süni şəkildə uzadılır".
Bunu Trend-ə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşilikləri barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırılıb: "Hər dəfə də beynəlxalq təşkilatlar bu məsələyə çox diqqətlə yanaşır və Azərbaycanın mövqeyinə hörmət göstərirlər. Lakin bu gün həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunur. Lakin bizim verdiyimiz təkliflərlə bədnam qonşularımız tərəfindən irəli sürülən təkliflər üst-üstə düşmür. Ona görə də həm YUNESKO, həm Avropa Şurası, həm də digər təşkilatların bölgəyə faktaraşdırıcı missiyalarını göndərməsi, burada tarixi-mədəni abidələrin dağıdılmasının hansısa yolla müəyyənləşdirilməsi, onların dağıdılmasının qarşısının alınması və digər bu kimi təşəbbüslər həmişə qarşı tərəfin müqaviməti ilə rastlaşır".
Ə.Qarayev bildirib ki, Azərbaycan bəyan edir ki, bu kimi araşdırmalar üçün tam açıqdır: "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".
Milli.Az
Siyasət
Nazir: "İşğal olunmuş ərazilərə abidələrin dağıdılması ilə bağlı araşdırıcı missiyanın göndərilməsi süni şəkildə uzadılır"
1 Sentyabr 2014 16:36
0 Şərh
Baxış: 624
DİGƏR XƏBƏRLƏR
- İlham Əliyev Sercio Mattarellanı təbrik edib
- İlham Əliyev iki fərmanda dəyişiklik etdi
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Paris merinin Azərbaycana qarşı iddiaları riyakarlıqdır - "La Gazette du Caucase"
- Prezident mülki aviasiya işçilərinə fəxri adlar verdi
- Azərbaycanla Ermənistanın sülh prosesindəki səmimi səylərini dəstəkləyirik - Yaşar Gülər
XƏBƏR LENTİ
- Ukrayna kimi seçdi: İsraili, yoxsa Fələstini? - Zelenski
- Hizbullah hücuma keçdi: yaralılar var
- Türkiyə niyə “tələsir”: ciddi hadisələr başlayır?
- Bayden niyə Rusiyaya zərbəyə icazə verdi? - Kirbi
- Bağırsaq florasının hansı qidalara ehtiyacı var?
- "YouTube"da ən populyar bloqer məlum oldu
- "Bürc-Xəlifə"nin memarından heyrətamiz ideya
- İlk baxışdan sevgini ehtirasdan ayıran ƏLAMƏTLƏR
- Elvindən xanımına QADAĞA
- "Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzalayıb
- Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO
- Badımcan bu xəstəliklərin dərmanı imiş
- “Haber Global” “SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin əsl hədəfini açıqladı - VİDEO
- “Qarabağ”a kubok təqdim olunub - FOTOlar
- Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
- Portuqaliyada aviaşouda təyyarələr toqquşub - VİDEO
- Azərbaycanda toyda qan töküldü
- Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın
- Millimizdə ciddi itki - FOTO
- Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: "Cəmiyyət üçün çətin olacaq"
- Gürcüstan məhbusların sayına görə ilkə imza atdı
- Kanslerin Brejnevə hədiyyə etdiyi "Mersedes" satışa çıxarıldı
- 93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi
- Bavariyada daşqın səbəbiylə təxminən 3 min insan təxliyə edilib