Bu gün Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi, beynəlxalq ekspert Nina Ferenkiçi Nazirlər Kabinetində qəbul edib.
Trend Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ə.Həsənov qonaqlar ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə Prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.
Daha sonra Ə.Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması və s. məsələlər barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirib.
O, Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında məlumatlar verməklə, Böyük Britaniyanın London şəhərində çap olunan "The Lancet" tibb jurnalında Azərbaycanda narkomanların sayının 300 min nəfər olmasının, həmçinin inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyini qeyd edib. Narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMT-nin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın surəti Ə.Həsənovun tapşırığı ilə qonaqlara təqdim olunub.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard aztəminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, xanım N.Ferenkiç isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd edib.
Ə.Həsənov rəsmi müraciət olunduqdan sonra hər iki təklifə hökumətin müvafiq strukturlarında baxılacağını bildirib.
Görüşdə Azərbaycan Nazirlər Kabinetinin Hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə, şöbə müdirinin müavini Ceyhun Hüseynov, Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev və İşçi qrupunun mütəxəssisi Turcay Əhmədov da iştirak ediblər.
Milli.Az
Siyasət
Əli Həsənov: "Ermənistan BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmır, aidiyyəti təşkilatlar da lazımi tədbirlər görmür"
25 Noyabr 2013 18:06
Baxış: 486
DİGƏR XƏBƏRLƏR
- Şuşaya köçmüş ilk sakinlərə mənzillərinin açarlarını İlham Əliyev təqdim edib - FOTO
- Prezident: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
- İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
- Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin
- İlham Əliyev: Bu, növbəti zəfərimizdir
- Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır
XƏBƏR LENTİ
- Zelenskidən müraciət: Xarkova əlavə qüvvələr cəlb edilir
- Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var
- İsrail qırıcıları Hizbullahın 5 hərbi obyektinə zərbə endirdi
- Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə
- Bayden dövründə Ukraynaya ayrılan vəsaitin həcmi...
- Kurskda PUA hücumu təhlükəsi elan edildi
- Günel ortalıqdan çıxmadı – VİDEO
- Əfsanəvi ABBA geri qayıdır
- Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
- Fahree və İlkindən paylaşım - FOTOlar
- İbrahim Tatlıses bu gün Bakıya gəlir
- Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb
- Ukrayna Luqanskda neft anbarını vurdu: Güclü yanğın başladı - VİDEO - FOTO
- Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı
- Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?
- Mbappe PSJ-dən ayrılır – Özü açıqladı
- Bu da Şəbnəm Tovuzlunun makiyajsız HALI - VİDEO
- Rusiya ordusu bu istiqamətdə hücuma başladı - ABŞ
- İsraillə dialoq dalana dirənib - HƏMAS
- Bakıda daha bir bina sökülür - VİDEO
- Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi
- Günün qoroskopu: köhnə baxış və emosiyalardan qurtulun
- Bakıda taksi qiymətləri niyə bahalaşıb?
- Dişlərimizi ora-bura qıcayırıq, amma Kiyevə yardım edirik