Mobil telefon

"Gooligan” virusu milyondan çox Android-li smartfonu yoluxdurub

1 Dekabr 2016 22:08
0 Şərh     Baxış: 5 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Check Point" şirkətinin ekspertləri milyondan çox "Android-smartfon"u yoluxduran yeni virus aşkar ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki,"Qurd Gooligan" adı verilən virus avqust ayından çıxıb. Qeyd edilən vaxtdan virus gün ərzində təqribən 13 min qurğunu yoluxdurur.
Troyan virusu istifadəçilər tərəfindən kənar mağazalardan yüklənən əlavələr (məsələn, Slots Mania, Sex Photo) şəklində yayılır. Smartfona düşən "Gooligan" "Android"in 4 və 5 versiyalarının ("Kitkat", "Marshmallow" və "Jelly Bean") "Linux" nüvəsini istismar edir, bu da virusa qurbanların cihazları üzərində tam nəzarəti ələ keçirməyə imkan yaradır. Mütəxəssislərin araşdırmalarına görə, virusa yoluxmaların yarıdan çoxu qeyri-rəsmi repazitor (məlumatların, obyektlərin saxlanıldığı yer) proqramların populyar olduğu Asiyanın payına düşür.
Bundan başqa, ziyanlı proqram təminatı "Google"nin avtorizasiya jetonunu tutmaqla, "Gmail" elektron ünvanına, "Disk Google" və şəkillərə giriş əldə edir. Lakin "Gooligan" istifadəçinin fayllar və ya elektron məktublar kimi şəxsi məlumatlarını, məxfi informasiyalarını oğurlamır.
Onun əvəzinə o smartfonlara "Google Play"dən başqa proqramlar yükləyib, reyqtinqdə onları 5 ulduzla qiymətləndirir. Yoluxmuş anrdroid-smartfonların sayını nəzərə alsaq, hakerlər rəsmi mağazada sifarişçilərin əlavələrinin sürətlə yuxarı pilləyə irəliləməsi üçün köməklik göstərə bilirlər.
"Gooligan"dan yalnız sistemin yenidən qurulması yolu ilə qurtulmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.