Mobil telefon

HTC yeni smartfonu göstərdi

31 Mart 2015 21:35
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tayvanın HTC şirkəti yeni One E9+ smartfonunu təqdim edib. Tayvan istehsalçısının istehsal xəttində 2K formatlı ekranla təchiz edilmiş ilk telefon olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekran 2560x1440 piksel təsvir ölçüsünə malikdir. Qurğu, həmçinin 2,0 QHs takt tezlikli səkkiznüvəli MediaTek MT 6795M prosessoru, 3 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.

Əsas kameranın təsvir ölçüsü 20 meqapiksel təşkil edir, ön fotomodul HTC Ultrapixel texnologiyası üzrə hazırlanıb.

Aparat SİM kartlar üçün iki slot, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 4.1, NFC və GPS simsiz rabitə modulları, BoomSound stereodinamikası və 2800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.

Cihazın fiziki ölçüsü 156,5x76,5x7,49 mm, çəkisi 150 qram təşkil edir. Smartfon HTC Sense 7 UI interfeysli Android 5.0 Lollipop əməliyyat sistemi ilə işləyir.

Qurğunun dəyəri, həmçinin satışa çıxarılma tarixi açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.