Mobil telefon

Bu da Samsung Galaxy S6 - VİDEO - FOTO

2 Mart 2015 10:26
5 Şərh     Baxış: 5 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Samsung korporasiyası çoxdan gözlənilən və dəfələrlə anons edilən yeni flaqman smartfonu Samsung Galaxy S6-nın təqdimat mərasimini keçirib.
 

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, təqdimat mərasimi Mobile World Congress 2015-də keçirilib.
 

Samsung Galaxy S6 ilə yanaşı, Samsung Galaxy Note Edge-in məntiqi davamı olan Samsung Galaxy S6 Edge də təqdim olunub.

Samsung Galaxy S6 ümumi stilistikanı qoruyub və dizaynında köklü dəyişikliklərə məruz qalmayıb.
 

Smartfon 2560×1440 piksellik 5,1 düymlük Super AMOLED displeyi, 64 bitlik Exynos 7420, çipi, 4 nüvəli və 2,1 Qqhs-lik Cortex-A57 prosessoru və əlavə olaraq 4-nüvəli Cortex-A53 prosessoru, LPDDR4 tipli 3 qeqabaytlıq operativ yaddaşla təchiz olunub.
 

32, 64 və 128 qeqabaytlıq variantlarda olan yeni smartfonda optik stabilləşdirməli 16 meqapiksellik sensorlu əsas kamera və 5 meqapiksellik ön kamera var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.