Mobil telefon

Smartfonlara hakerlər hücum edir

26 Noyabr 2014 22:47
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İrlandiyanın Experian konsaltinq şirkətinin yeni hesabatında deyilir ki, dünyada hər altı smartfon sahibindən biri kibercinayətkarların qurbanı olub.

Ekspertlər qeyd edirlər ki, vəziyyət mobil qurğuların mühafizə səviyyəsinin haker hücumlarını dəf etmək üçün zəif olmasına görə daha da pisləşə bilər. Belə ki, dünyada smartfonların 60 faizinin və planşetlərin 50 faizinin əlavə təhlükəsizlik servislərinə ehtiyacı var.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil bankçılığa tələbatın kəskin artması, eləcə də tranzaksiyaların həyata keçirilməsi üçün mobil telefonlardan istifadə kibercinayətkarların bu qurğulara marağını artırır və adi istifadəçilər, eləcə də sahibkarlar üçün böyük risklər yaradır.

Hazırda dünyada internetə qoşulmuş 5 milyard qurğunun olması bildirilir. Onlar 1 milyard bank hesabına onlayn xidmət göstərir, eləcə də məbləği 13 trilyon dollar təşkil edən qlobal elektron ticarət bazarını stimullaşdırır.

Hesabatda qeyd olunur ki, hakerlər qurbanın ödəniş rekviztləri əldə etmək üçün fişinq bildirişlərin göndərilməsindən istifadə edə bilərlər. Həmçinin kibercinayətkarlar istifadəçinin daxil olduğu internet səhifələrinə nəzarət edərək onun alış zamanı müvafiq qrafalara daxil etdiyi məlumatları görməklə ələ keçirə bilərlər.

Hesabatın nəticələrindən məlum olub ki, smartfon sahibləri kibercinayətkarlıqla bağlı risklər barədə az məlumatlıdırlar. Fırıldaqçıların əsas hədəfi hələ də Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.