Kulinariya

Sarımsaqlı bulkalar - FOTO

20 Yanvar 2017 07:00
151 Şərh     Baxış: 7 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sarımsaqlı bulkaların hazırlanma qaydasını təqdim edir

Tərkibi:

400 q un 
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu
3 diş sarımsaq 
250 ml süd
0,5 ç.q. duz
50 q kərə yağı
2 x.q. bitki yağı
1 dəstə göyərti
1 yumurtanın sarısı

Unu ələyib maya, duz, şəkər tozu, bitki yağı və süd qataraq xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın. 

Göyərtini doğrayın. Sarımsağı əzin. Yumşaldılmış yağ, göyərti və sarımsağı qarışdırın. 

Xəmiri ətləyib kolbasa formasına salın. Sonra balaca kündələrə bölüb yayın. Hər yaydığınız kündənin ortasına iç qoyub dairəni 4 bükün (bir tərəfini o birinin üzərinə qatlayın, alınan "aypara"nı da ikiyə qatlayın). Üçbucaq formada olan bir neçə belə bulkanı bir keks (maffin) qabına qoyun. Üzərinə yumurta sarısı çəkin. 

Xəmirin hamısını bu qaydada hazırladıqdan sonra 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 

Nuş olsun!

Milli.Az 

Digər maraqlı reseptlər Facebook səhifəmizdə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.