Kulinariya

Balqabaqlı keks

25 İyul 2016 07:00
23 Şərh     Baxış: 4 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az balqabaqlı keksin hazırlanma qaydasını təqdim edir

Tərkibi (8 pay): 

500 q balqabaq 
1 st. şəkər tozu
1 paket peçenye (Petit Beurre)
3 x.q. çəkilmiş qoz ləpəsi 
2 st. su

üzərinə: 

şokolad 

Balqabağı xırda doğrayıb qabığını soyun, qazana yığın. Üzərinə su və şəkər tozu əlavə edib yumşalınca bişirin. Soyuduqdan sonra püre halına salın. 
Peçenyeləri xırdalayın. Qoz ləpələrini iri doğrayıb peçenye ovuntuğu ilə birlikdə balqabaq püresinə əlavə edin. 
Alüminium folqanı masanın üzərinə yayın. Balqabaq qarışığını üzərinə uzununa qoyun.  Folqanı kənarlardan  qaldıraraq keksə üçbucaq forma verin. 4-5 saat soyuducuda saxlayın. 
Bu müddətdən sonra folqanı çıxarın. 10 dəqiqə otaq temperaturunda qaldıqdan sonra şokoladı su hamamında əridib keksin üzərinə gəzdirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.