Kulinariya

Mətbəx sirləri: Portağallı peçenye - FOTO

29 Mart 2014 07:00
21 Şərh     Baxış: 5 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az portağallı peçenyenin hazırlanma qaydasını təqdim edir.

Tərkibi (6 pay):

150 q un
150 q badam
40 q qarğıdalı nişastası
1 portağal
180 q kərə yağı
200 q şəkər tozu
1 ç.q. darçın
1 çimdik duz



Yumşaldılmış kərə yağını 120 q şəkər tozu və 1 çimdik narın duzla çalın.

Portağalı tərtəmiz yuyun, sedrasını çıxarın. Şirəsini sıxın. Sedra ilə 1 x.q. portağal şirəsini çalınmış yağa əlavə edin, qarışdırın.



Başqa bir qabda unu, xırdalanmış badamı və nişastanı qarışdırın.



Yağlı və unlu qarışıqları birləşdirin.



Yerdə qalan şəkər tozunu 1 ç.q. darçınla qarışdırın.

Xəmirdən rulet hazırlayın. Şəkər tozu və darçın qarışığına batırın. Sonra xəmiri soyuqda saxlayın. Sonra yenə yayın. Yenə bükün. Soyuducuda 1-2 saat saxlayın.



Xəmiri 8 mm qalınlıqda dairələrə doğrayın.



Perqament döşənmiş siniyə aralı-aralı düzün (yoxsa bu şəkildəki kimi bir-birinə yapışacaq).



Bişəndən sonra sinidən götürün (çox qalanda çox kövrək olur), soyudun.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.