Kulinariya

Mətbəx sirləri: Lobya paştetindən rulet

25 Mart 2014 07:00
28 Şərh     Baxış: 5 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az lobya paştetindən ruletin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

400 q lobya
200 q qoz
3-4 diş sarımsaq
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı

Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın.

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun.

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın.

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq).

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin plyonkayla birlikdə soyuducuya qoyub iki saat saxlayın.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.