Kulinariya

Mətbəx sirləri: Yumurta kotleti

23 Mart 2014 07:00
7 Şərh     Baxış: 8 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az yumurta kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

6 bişmiş yumurta
1 dəstə göy soğan
2 x.q. mannı yarması
1 x.q. un
1 x.q. xama
1 dəstə şüyüd
2 x.q. bitki yağı (qızartmaq üçün)
duz

Bişmiş yumurtaları sürtgəcin iri gözündən keçirin.

Xırda doğranmış şüyüd və göy soğanı əlavə edin.

Un və mannı yarması, duz və xama əlavə edib yoğurun.

Əllərinizi isladıb kotlet formasına salın.

Tavada bitki yağını qızdırıb kotletlərin hər iki üzünü qızardın.

Süfrəyə isti-isti verin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.