Milli.Az russianfood.com-a istinadən "Tovuzquşu gözü"nün hazırlanma qaydasını təqdim edir
Tərkibi:
3 iri və ya 4 kiçik toyuq döşü (1-1,2 kq)
1 kq toyuq qiyməsi
9 yumurta
3 dilim bəyaz çörək
100 ml süd
1 dəstə ispanaq
1 baş soğan
2 x.q. kərə yağı
duz
qara istiot
toyuq üçün ədviyyat
Bu ruleti keks üçün olan yumru, ortası boş qabda bişirmək gərəkdir. Qabın həcmindən asılı olaraq ərzağın çəkisi də dəyişə bilər. Ancaq istənilən formanı yalnız 3/4-dək doldurmaq lazımdır.
8 yumurtanı suda qaynadıb bərk bişirin. Təmizləyin.
İspanağı yuyub yarpaqlarını ayırın, hamarlayıb üst-üstə yığın, 1 dəqiqə qaynar suda saxlayın. Çıxarıb soyuq suya salın, boşqaba düzün.
Toyuq qiyməsinə xırda doğranmış soğan, isti süddə isladılmış qabıqsız çörək, yumurta, duz, istiot və toyuq üçün ədviyyat əlavə edib yoğurun, sonra döyün (ruleti hazırladıqdan sonra qiymə artıq qalarsa, ondan da kotlet hazırlaya bilərsiniz).
Toyuq filesini iri doğrayıb plyonkanın arasına qoyaraq napnazik olanadək döyün. Duz, istiot vurun.
7 bişmiş yumurtanı ayrılıqda ispanaq yarpaqlarına bükün. Hətta bir neçə qat da olar.
Yağlanmış formanın içinə döydüyünüz toyuq ətini döşəyin. Bir neçəsini üstünə saxlayın.
Qiymənin bir hissəsini döşəyin, əlinizi isladıb hamarlayın. İspanağa bükülmüş yumurtaları düzün.
Yumurtanın üstündən yenə qiymə qoyub hamarlayın, döyülmüş toyuq ətiylə örtün. Üzərinə yağ çəkin. Vaxtından qabaq qızarmasın deyə folqa ilə bükün. Formanı 180 dərəcə qızdırılmış sobaya qoyun.
Ruletiniz 2 kq qədər alınıbsa, 1 saat folqa ilə, 45 dəqiqə isə folqanı çıxararaq bişirin. Balacadırsa, daha az zamanda bişəcək.
Hazır ruleti yaxşıca soyudun. Üzərini sürtgəcdən keçirilmiş yumurta ağı və sarısıyla bəzəyin (yapışsın deyə ruletin üzərinə ərinmiş yağ çəkin).
Süfrəyə verəndə nazik dilimlərə doğrayın.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İsrail ordusu Hizbullahın qərargah rəisini öldürdü
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik