Milli.Az Naxçıvan çöçəsinin (bayram kökəsi) hazırlanma qaydasını təqdim edir
Tərkibi:
xəmir:
1 kq un
350 q yağ
2 yumurta
2 ç.q. quru maya
2 ç.q. şəkər tozu
1 ç.q. duz
1,5 st. süd
iç:
450 q qoz
2 baş soğan
duz
istiot
sarıkök
üzərinə:
1 yumurta
Yarım stəkan ilıq süddə 2 ç.q. şəkər tozu və mayanı qarışdırın. 15 dəqiqə saxlayın.
Yağı əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz. Xəmir çox bərk olmasın. Üzərinə dəsmal çəkib isti yerdə 2 saat saxlayın.
İç: soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sonda sarıkök vurun. Qozu maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.
Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun. Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın, 1 x.q. iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.
Siniyə perqament döşəyin. Çöçələri aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta çəkib 200 dərəcə qızdırılmış sobaya qoyun. Üzəri qızaranadək bişirin.
Nuş olsun!
Foto: İnstagram
Milli.Az
Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəx sirləri: Naxçıvan çöçəsi
14 Mart 2014 07:00
26 Şərh
Baxış: 44 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ölkədə ilk dəfə qadın ordu komandanı oldu - FOTO
-
Papa Trampın sözlərinə belə cavab verdi
-
Xalq artistimiz vəfat ETDİ
-
Türkiyəli aktyor İtaliyada qızıl medal qazandı - FOTO
-
"Ağ qorillaya oxşayırlar" - Plastik əməliyyatlılardan DANIŞDI
-
Mourinyodan “Tottenhem”ə sərt SÖZLƏR
-
Bakıda restoranın qarşısında kütləvi dava düşdü - VİDEO - YENİLƏNİB
-
Agentlikdə bir sıra şöbələr ləğv edildi və yeniləri yaradıldı
-
Ramin Nurəhmədov işdən ÇIXDI
-
"Narkozsuz" üzgərmə əməliyyatı etdirdim" - Əməkdar artist
-
"Fırınçı" kafesində yoxlama keçirildi - Obyekt bağlandı
-
Ərinin tabutu başında məşuqəsi ilə SAÇYOLDUYA ÇIXDI - VİDEO
-
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Koxalski Salyanda - VİDEO
-
Kosmetoloq amnistiyaya DÜŞDÜ
-
Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO
-
Azərbaycanda bu evlərə su verilməyəcək - HANSILARDIR?
-
Zidandan bu millidən gələn təklifə "yox" cavabı
-
Universitet prorektoru rəis müavini OLDU
-
“Torqovı”da mənzildən meyit TAPILDI
-
Azərbaycanda maaşlar ARTDI - RƏSMİ
-
DİM ərizə qəbulu elan etdi
-
Bakıda süd məhsulları istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı
-
"Yaprak Dökümü"nün çəkildiyi evlə bağlı maraqlı MƏQAM - Son görüntülər yayıldı - VİDEO





