Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən özbək düşbərəsi - çuçvaranın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
iç:
500 q qoyun əti
250 q quyruq
350 q baş soğan
keşniş toxumu
qara istiot
zirə
keşniş, reyhan, nanə (istəyə görə) qurusu
xəmir:
5 yumurta
1 st. su
duz
700-1000 q un (artıq da ola bilər)
İç üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz. Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.
Duz, yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır. Qida plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin.
Nazik yayın.
Tərəfi 2,5 sm olan kvadratlara bölün.
İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı - köməkli bükməkdir.
Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).
Qıraqlarını bərkidin.
Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır.
Sous:
Soussuz özbək düşbərəsi düşbərə olmaz ki...
Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin).
Şirin bibəri (istəyən çili də əlavə edə bilər) doğrayıb əlavə edin. Kərəviz, göyərti qurusu da qatın. Özbəklər "cambul" adlı göyərtidən istifadə edirlər. Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz. Yoxdur? Eybi yox. Qazanı su ilə doldurub ocağın üstə qoyun. Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin. Qaynara düşəndə düşbərəni salın.
Əvvəlcə kasalara sous çəkin.
Sonra düşbərələri qoyun.
Düşbərənin bişdiyi bulyondan əlavə edin.
Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar