Kulinariya

Mətbəx sirləri: Soçi paxlavası - FOTOSESSİYA

5 Mart 2014 07:00
64 Şərh     Baxış: 66 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az povarenok.ru və forum.say7.info-ya istinadən Soçi paxlavasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

3 st. un
200 q otaq temperaturunda yağ
200 q xama
3 yumurtanın sarısı
0,5 ç.q. soda
1/4 ç.q. duz

iç:

2 st. qoz (500 q)
darçın
5-6 ədəd hil
3 ədəd mixək
4 yumurtanın ağı
1 çimdik duz
300 q şəkər tozu
vanil

üzərinə:

1 yumurta


Yumurtaların ağını sarısından ayırın.

Xamaya soda və duz qatıb qarışdırın. Həcmi artacaq.

Kərə yağını sürtgəcdən keçirib unla ovun. Yumurta sarılarını əlavə edib yenə ovun, sodalı xamanı əlavə edib xəmir yoğurun.

Xəmiri 3 yerə bölün, kündələyin. Bir qaba qoyub ağzını örtün, soyuducuda 30-40 dəqiqə saxlayın.

İç:

Qozu ət maşınından keçirin, 150 q şəkər tozu əlavə edib qarışdırın.

Darçın, hil və mixəyi qəhvəüyüdəndə üyüdün, ələyib qoza əlavə edin.

Yumurta ağına 1 çimdik duz və 150 q şəkər tozu əlavə edib çəngəllə çalın. Sonra qozlu qarışığı buraya əlavə edib yaxşıca qarışdırın, iki yerə bölün.

30x20 sm ölçülü teflon örtüklü metal formaya perqament döşəyin.

Soyuducudan kündələrin birini çıxarın. Yastılayıb urfasız (un vurmadan), formanın ölçüsündə yayın. Sonra zərf kimi qatlayın və formanın içinə qoyun.

Hamarlayın, için yarısını üstünə bərabər qaydada yayın.
Soyuducudan ikinci kündəni çıxarın, əməliyyatı təkrarlayın (yayın, formadakı için üstünə qoyun, için qalanını üstünə döşəyib yayın). Üçüncü kündəni yayıb sonuncu layın üstünə çəkin. Formanın üzərinə dəsmal çəkib soyuducuda yarım saat saxlayın.

Sobanı 200 dərəcə C qızdırın.

Paxlavanı soyuducudan çıxarın, tərəfi 5 sm olan kvadratlara bölün, üzərinə yumurta sarısı çəkin, sobada 15 dəqiqə bişirin. Sonra dərəcəni 180-ə endirib daha 30 dəqiqə bişirin. 

Paxlavanı sobadan çıxarıb soyudun. 

Böyütmək üçün şəkillərə klikləyin.




Kişmişli Soçi piroqu

Tərkibi (iki sini üçün):

xəmir:

3 st. un
300 q kərə yağı
300 q xama

iç:

6 yumurtanın ağı
2 st. şəkər tozu
300 q qoz
1 st. kişmiş

üzərinə:

1 yumurtanın sarısı
fındıq

30 sm diametrli forma

 
Qozu ət maşınından keçirin, kişmişi yuyub qurudun.

Xəmir: unu ələyin, kərə yağını üstünə qoyub bıçaqla xırdalayın.

Sonra bu ovuntuğu ləyənə qoyun, xama əlavə edib yoğurun, kündələyin. Soyuducuya qoyun.

İç:

Yumurta ağlarını tədricən şəkər tozu əlavə edərək çalın. Qozu və kişmişi əlavə edib qarışdırın.

Bir sini üçün 3 kündə götürün. Formanın ölçüsü boyda yayın, birinci və ikinci layların üstünə iç qoyun, üçüncü lay xəmirlə piroqun üstünü örtün.

Kənarlarını barmaqlarınızla basdırın. Ya paxlava, ya da dördbucaq formasında kəsin. Üzərinə yumurta sarısı çəkin, fındıq basın.

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

(1 sini paxlava bişirmək istəyirsinizsə, ərzağı ikiyə bölün).

Böyütmək üçün şəkillərə klikləyin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.