Kulinariya

Mətbəx sirləri: Toyuq ləvəngisi - VİDEO - FOTO

4 Mart 2014 07:00
81 Şərh     Baxış: 26 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az məşhur aşpaz Stalik Xankişiyevin bloquna istinadən (stalic.livejournal.com) toyuq ləvəngisinin hazırlanma qaydasını təqdim edir.

Ləvəngi sözünün ilkin mənası "içi doldurulmuş" deməkdir. Farsca "ləvən" - "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. 
Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir.

Tərkibi:

1-2 toyuq
500-700 q qoz
2 qırmızı baş soğan
lavaşana (alça turşusu)


Toyuğu təmizləyin.

Lavaşananı xırda-xırda doğrayın, bir kasaya yığıb üstünə qaynanmış su tökün. 
 
Əvvəlcə qozu ət maşınından keçirin.

Sonra isə soğanı ət maşınından keçirin, ya xırda gözlü ələyə yığın, ya da cunanın arasına qoyub suyunu sıxın (soğan suyunu bir şüşə qaba yığıb bir-iki gün saxlaya bilərsiniz, onda yaxşı ət marinə etmək olur).

Suyu sıxılmış soğanı kərə yağında qovurun. Sonra qozla və islatdığınız lavaşana ilə (bir qaşıq toyuğun üzərinə çəkmək üçün saxlayın) qarışdırın. Heç duz-istiot da gərək deyil.

Bu qiyməni toyuğun içinə doldurun. Budların yuxarı hissəsindən bıçaqla çərtin və toyuğun ayaqlarını çarpaz şəkildə onlardan keçirin. Üzərinə saxladığınız alça turşusundan çəkin. 190 dərəcə qızdırılmış sobada təxminən saat yarım bişirin.

Nuş olsun!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.