Kulinariya

Mətbəx sirləri: Quru meyvəli kəsmikli roll

2 Mart 2014 07:00
40 Şərh     Baxış: 4 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az alex-povar.blogspot.ru-ya istinadən quru meyvəli kəsmikli rollun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

200 q kəsmik
1 x.q. şəkər pudrası
1 x.q. kokos yonqarı
3 ərik qurusu
3 gavalı

Kəsmiyi şəkər pudrası ilə qarışdırın.

Qara gavalı və ərik qurusunu saman kimi doğrayın.

Qida plyonkasının üstünə kokos yonqarını səpin. Kəsmiyi döşəyin, hamarlayın.

Kəsmiyin üstünə qara gavalı və əriyi döşəyin. Sonra isə qida plyonkasının köməyi ilə sıx bükməklə roll hazırlayın.

15 dəqiqə soyuducuda saxlayın.

Doğrayın. Doğrayarkən bıçaq kəsmiyə yapışarsa, o zaman bıçağı isladın.

Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin, şokoladla, yaxud konfitürlə bəzəyin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.