Kulinariya

Mətbəx sirləri: İngilis salatı

1 Mart 2014 07:00
60 Şərh     Baxış: 7 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az alex-povar.blogspot.ru-ya istinadən "ingilis salatı"nın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

200 q kərəviz kökü
250 q toyuq filesi
150 q şampinyon
3 duzlu xiyar
6-7 x.q. mayonez
2 ç.q. xardal
duz
qara istiot

Toyuq ətini bişirib soyudun, nazik doğrayın.

Kərəviz kökünü təmizləyib nazik doğrayın.

Xiyar və şampinyonları da saman kimi doğrayın.

Hamısını toyuq əti ilə qarışdırıb istiot, mayonez və xardal qarışığı, duz (nəzərə adın ki, içində duzlu xiyar var) əlavə edib qarışdırın.

Kimsə mayonez xoşlamırsa, 125 q qatıq, 2 ç.q. xardal, 1/4 limon şirəsinin qarışığından istifadə etsin. Əsl pəhriz salatı alınacaq.

Nuş olsun!

Resept: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.