Kulinariya

Mətbəx sirləri: Göbələkli kartof knedlləri

24 Fevral 2014 07:00
108 Şərh     Baxış: 5 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milil.Az göbələkli kartof knedllərinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 q kartof
200 q şampinyon
1 baş soğan
2 yumurta
1,5 st. un
duz
istiot

Kartofu qabıqlı qaynadın, soyudun, təmizləyib sürtgəcdən keçirin.

Göbələyi təmizləyin, xırda doğrayın. Xırda doğranmış soğanla bitki yağında qovurun, kartofa əlavə edin. Yumurta, duz, istiot, un da vurub qarışdırın. Qatı, yapışqan xəmir alınmalıdır (un bir qədər çox tələb oluna bilər).

Qazanda su qaynadın. Duz və dəfnə yarpağı əlavə edin. Əllərinizi isladıb iri kündələr tutun, qaynayan suya salın. Qazanın dibinə yapışmasın deyə qaşıqla ehmalca qarışdırın. Suyun üzünə çıxandan sonra daha 3-4 dəqiqə bişirin.

Hazır knedlləri boşqaba düzün, süfrəyə verəndə üzərinə xama gəzdirin.

Qeyd: Bunları suda bişdikdən sonra bitki, yaxud kərə yağında qızartmaq da olur. Narın suxarıya batırıb qızarda bilərsiniz.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.