Kulinariya

Mətbəx sirləri: Ümmüş şorbası

21 Fevral 2014 07:00
40 Şərh     Baxış: 4 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az sofra.com.tr-yə istinadən ümmüş şorbasının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:


3 toyuq budu
2 ovuc əriştə
2,5 st. qatıq
2 dolu x.q. un
1 yumurta
1-2 x.q. kərə yağı
qırmızı pul bibər

Toyuq budlarını yuyub suda qaynadın. Yaxşıca bişəndən sonra ətləri qazandan çıxarın, suyunda əriştəni bişirin. Toyuq ətinin dərisini və sümüyünü çıxarın, ətini isə didin, qaynayan əriştəyə əlavə edin.

Bir qazanda qatıq, yumurta və unu çalın. Su əlavə etmədən ocağın üstünə qoyun. Dayanmadan qarışdıraraq bişirin. Poqquldamağa başlayanda qaynayan toyuq suyundan əlavə edib qarışdırmağa davam edin. Sonra o biri qazandakıları (əriştə, ət, su) da buraya əlavə edin, qarışdıraraq bişirin. Əriştələr bişincə yeməyiniz hazırdır.
Şorba qatı alınır. Ancaq duru xoşlayırsınızsa, toyuq bulyonunu çox edə bilərsiniz. 

Üzərinə kərə yağında qızdırılmış pul bibər gəzdirin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.