Kulinariya

Mətbəx sirləri: Limonlu rulet

12 Fevral 2014 07:00
73 Şərh     Baxış: 14 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az limonlu ruletin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 yumurta
1,5 st. şəkər tozu
1 st. un
1 limon

Yumurtaların ağını sarısından ayırıb 1 st. şəkər tozu ilə möhkəm çalın. Sonra yumurta sarılarını, ələnmiş unu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
 
Perqament döşənmiş siniyə tökün, hamarlayıb 180 dəqiqə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Bu müddətdə içi hazırlayın: limonu yuyun, qurudun, sürtgəcdən keçirib 0,5 st. şəkər tozu ilə qarışdırın.
 
Biskvit hazır olanda çıxarıb dəsmalın üstünə qoyun, üzərinə iç çəkib rulet kimi bükün.

Bir qaba qoyun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.