Kulinariya

Mətbəx sirləri: Korokke

11 Fevral 2014 07:00
29 Şərh     Baxış: 7 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az yapon mətbəxindən kartof kroketlərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 kartof
bitki yağı
0,5 ç.q. karri
duz
istiot
1 yumurta
0,5 st. un
1 st. narın suxarı

Kartofu bişirin, soyudub püre hazırlayın.

Yağı tavada qızdırın.

Kartof püresini karri ilə qarışdırın. Duz, istiot vurun. 3 dərin olmayan kasa götürün. Birinə yumurtanı qırın, ikinciyə un, üçüncüyə suxarı tökün.

Kartofdan balaca kökələr tutun. Hər birini una batırın, unun artığını səliqə ilə təmizləyin. Sonra çalınmış yumurtaya, ardınca suxarıya batırın. Suxarının bir qədər kökəyə batmasına çalışın.

Kartoflu kökələrin hər iki üzünü qaynar yağda 2-3 dəqiqə qızardın.

Kağız salfetin üstünə düzüb artıq yağının axmasını gözləyin.

Süfrəyə sevdiyiniz souslardan biri ilə verə bilərsiniz.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.