Kulinariya

Mətbəx sirləri: Dadlı çələng

9 Fevral 2014 07:00
8 Şərh     Baxış: 6 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az toyuq əti və qat-qat xəmirdən dadlı təamın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 sümüksüz toyuq döşü
6 yumurta
3 diş sarımsaq
2 yerkökü
1-2 baş soğan
20x20 sm ölçüdə hazır qat-qat xəmir
1 dəstə göyərti

Xəmiri soyuducudan çıxarıb üzərində göstərilən qaydada donunu açın.

3 yumurtanı bişirib soyudun, uzununa yarıya bölün.

Yerkökü, soğan və sarımsağı xırdalayıb bitki yağında qovurun, soyudun.

Toyuq ətindən qiymə hazırlayın, duz, istiot vurun, qovurduğunuz tərəvəzləri, 3 çiy yumurta və göyərtini əlavə edin, qarışdırın.

Sinini bitki yağıyla yağlayın, qiyməni halqa formasında düzün. Yumurtaları kəsiyi üzü aşağı olmaqla üstünə düzün (qiyməyə batırmaqla).

Qat-qat xəmiri şəridlərə bölün. Hətta ulduz, yarpaq - fantaziyanız necə buyurursa, - formasında da kəsə bilərsiniz. Qiymənin üzərinə, yumurtalar olmayan yerə döşəyin, qıraqlarını halqanın altına salın.

Halqanın üzərinə yumurta sarısı və süd, yaxud mayonez də çəkə bilərsiniz.

Sobada 30-40 dəqiqə, hazır olanadək bişirin.

Əgər xəmir çox qızarırsa, üzərinə folqa çəkin.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.