Kulinariya

Mətbəx sirləri: Göbələkli kartof yuvaları

7 Fevral 2014 07:00
94 Şərh     Baxış: 7 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kartof, pendir və göbələkdən dadlı məzənin hazırlanma qaydasını təqdim edir

Tərkibi:
 
"yuvalar" üçün:

1 kq kartof
2 yumurta
1 x.q. kərə yağı
100 ml isti süd

iç:

200 q şampinyon
1 iri baş soğan
sürtgəcdən keçirilmiş pendir
duz
1 çimdik qara istiot
1 çimdik Provans otları

Təmizlənmiş kartofu iri doğrayıb qazana yığın, qaynar su və duz əlavə edin, hazır olanadək bişirin.
Suyunu süzün, süd, kərə yağı əlavə edib püre hazırlayın, yumurta vuraraq mikserlə çalın.

Göbələyi təmizləyib yuyun, saman kimi doğrayın.

Soğanı təmizləyib yarımhalqa doğrayın.

Göbələyi və soğanı bitki yağında qızılı rəng alanadək qovurun. Azca duz, qara istiot və italyan otları əlavə edin.

Kartofu konditer torbasına doldurun.

Yağlanmış və perqament döşənmiş siniyə torbadan "yuvalar" çıxarın: əvvəlcə yumru dib hazırlayın, sonra isə bir lay qırağına "divar qoyun". 

İçinə göbələkli iç doldurun, üzərinə pendir səpin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.