Kulinariya

Mətbəx sirləri: "Romanoff"

4 Fevral 2014 07:00
57 Şərh     Baxış: 6 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kartofdan dadlı məzənin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 kq kartof
1 baş soğan
300 q çedder pendiri
1,5 st. xama
duz
qara istiot

Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.

İri ləyəndə kartof, soğan, pendirin 3/4 hissəsini, duzu və qara istiotu qarışdırın. Xama əlavə edib qarışdırın. Formanı yağlayın. Kartoflu qarışığı içinə qoyun, üzərinə qalan pendiri səpin.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.