Kulinariya

Mətbəx sirləri: "Yarım stəkan" tortu - FOTO

27 Noyabr 2013 07:00
33 Şərh     Baxış: 10 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az koolinar.ru-ya istinadən "Yarım stəkan" tortunun hazırlanma qaydasını təqdim edir


Tərkibi:


1 korj üçün (3 korj gərəkdir):

1 yumurta
0,5 st. şəkər tozu
0,5 st. xama
0,5 st. un
1 x.q. nişasta
0,5 ç.q. söndürülmüş soda

əlavə:
0,5 st. döyülmüş qoz
0,5 st. kişmiş
0,5 st. xaş-xaş (və ya 2-3 ç.q. kakao)
(bunun əvəzinə hər bir korja ayrılıqda 0,5 st. qoz, 0,5 st. doğranmış ərik qurusu, 0,5 limonun sedrasını vura bilərsiniz)

krem:
0,5 kq kəsmik
250 qara gavalılı "Aktivia" yoqurtu
10 qara gavalı

Yumurtanı şəkər tozu ilə çalın.



Xamanı əlavə edib çalın.



Nişasta əlavə edib çalın.



Unu və sirkədə söndürülmüş sodanı əlavə edib qarışdırın.



Qozu, kişmişi və xaş-xaşı əlavə edib qarışdırın (yaxud da özünüz sevdiyiniz digər əlavəni).



Hər bir korju 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Krem: Kəsmiyi yoqurtla çalın. Çox şirin xoşlayırsınızsa, azca şəkər tozu da əlavə edə bilərsiniz.



Doğranmış qara gavalı əlavə edin.



Korjların arasına krem çəkib üst-üstə düzün.



Tortun yanlarına və üstünə krem çəkin. Üzərini zövqünüzə görə bəzəyin.




Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.