Maraqlı

Aktyorun ölümünə səbəb olan şəxs həbs olundu - FOTO

2 Dekabr 2016 13:22
1 Şərh     Baxış: 1 920

Türkiyənin məşhur aktyoru Erdal Tosunun ölümünə səbəb olan sürücü Nihat Şaki həbs olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifadə verən Nihat hadisəni tam olaraq xatırlamadığını deyib:

"Mən səhər tezdən evdən çıxıb müdirimi götürməyə gedirdim. Hava alaqaranlıq idi və yollar su olduğundan sürüşürdü. Avtomobili asta sürürdüm. Birdən necə oldusa, maşının ön pəncərəsinə su sıçradı. Sonrası yadımda deyil. Mən huşumu itirmişəm. Heç ağlıma da gəlməyib ki, başqa bir maşınla toqquşmuşam. Ancaq onu xatırlayıram ki, asfalt üzərində idim və məni təcili tibbi yardım maşınına qoyub xəstəxanaya apardılar".

Şakı qəzaya düşdüyünü və qarşı tərəfdə aktyorun öldüyünü dostundan eşitdiyini bildirib: 

"Dostum dedi ki, iki maşın toqquşub və Erdal Tosun hadisə yerində can verib. Mən o aktyoru filmlərdən tanıyırdım. Baş verənlərə görə çox üzgünəm və peşmanam".

İfadəsi alınan sürücü barədə qərar məhkəmədən sonra bilinəcək.
 
Qeyd edək ki, ötən gün İstanbulda Leventdən Sarıyer istiqamətinə gedən bir avtomobil idarəetmədən çıxaraq Erdal Tosunun avtomobilinə çırpılıb.

Qəza nəticəsində aktyor maşının içində əzilərək yerindəcə dünyasını dəyişib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GULLER XANIM · 2 Dekabr 13:2910

    Allah rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.