Maraqlı

Məşhur yarışda olay: iki yoldaşını vurdu - VİDEO - FOTO

3 Avqust 2015 10:12
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da ən populyar avtomobil idman növlərindən olan NASCAR-da dünən olay yaşanıb.

"Sprint Cup's Pocono Raceway" yarışında "Team Penske" komandasının pilotu, 31 yaşlı Bred Keselovski pit-stopa daxil olandan sonra avtomobilini dərhal saxlaya bilməyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Pensilvaniyadakı yarışın "Windows 10 400 event" mərhələsində avtomobilin pit-stopda hərəkəti nəticəsində B.Keselovski komandanın texniki heyətinin iki əməkdaşını vurub.

Vurulanlardan heç biri ağır yara və ya travma almayıb.

NASCAR avtoyarış seriyası ABŞ-da ən populyar avtomobil turnirlərindən biridir. Yarışların keçirildiyi avtodromların əksəriyyəti 100 mindən artıq tamaşaçı tutur.

Sportkarların orta sürəti 300 km/saatdır. Maksimal sürəti isə avtomobilin mühərrikinin gücünü azaldan xüsusi detallar olan restriktorlar ucbatından əldə etmək mümkün deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.