Maraqlı

Ən böyük radioteleskop qurulur

26 İyul 2015 21:15
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin dünyanın ən böyük teleskopunu quraşdırmağa başlayıb. Teleskop vasitəsi ilə ölkə erkən kainatı tədqiq etmək, eləcə də qalaktikadankənar həyat izlərinin axtarışını aparmaq niyyətindədir. Rəsədxananın 30 futbol meydançası boyda ərazidə yerləşəcəyi gözlənilir.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, diametri 500 metr təşkil edəcək FAST (Aperture Spherical Radio Telescope) teleskopu bu göstərici üzrə Puerto-Rikoda yerləşən 305 metr diametrə malik Aresibo rəsədxanasını - dünyanın hazırkı ən böyük teleskopunu geridə qoyacaq.  

Perimetri 1,5 km təşkil edən qurğunun 5 km radiusunda şəhərlər yerləşmir. Rəsədxana təpələrlə əhatə olunan təbii çökəklikdə quraşdırılır ki, bu da FASTın fəaliyyəti üçün müvafiq şərait yaradır.
Quyçjou əyalətində yerləşəcək radioteleskopun 4450 üçbucaqşəkilli panelinin quraşdırılmasına iyulun 23-də başlanılıb.

Tikintisinə 2011-ci ildə başlanan rəsədxanada işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Yeni teleskopun qiyməti 100 milyon dollar qiymətləndirilir. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.