Maraqlı

Bodibilder "əzələ üçün" özünü şikəst etdi - FOTO

4 May 2015 12:17
0 Şərh     Baxış: 13 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bədənimin böyük, əzələlərimin relyefli və güclü, vücudumun atletik olmasını istəyirdim. Komikslərdəki xilaskarlara, supermenə bənzəmək arzum vardı. İndisə peşmanam. Çox peşmanam".
 

25 yaşlı braziliyalı Romario dos Santos Alveş belə deyir. O, spirt, yağ və pis qarışıqlardan ibarət inyeksiyalar, habelə vücuduna sintol vurmaqla əzələlərini şişirdib.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, hazırda bodibilderlər arasında çox populyar olan sintolla yanaşı, "ad dərmanı" adlanan inyeksiyadan da gen-bol istifadə edən Alveşin bel, boyun və qol əzələləri həddən ziyadə şişib.
 

Sintolla yanaşı, hormon və steroidlərdən, habelə atlar üçün nəzərdə tutulmuş vitaminlərdən istifadə edən Alveş özünü sağlam, güclü saysa da, həkimlər belə düşünmürlər.
 

Bir övlad atası Alveşin səhhətində çox ciddi problemlər yaranıb. O, həyatı ilə risk edir.

"Sintol inyeksiyalarının təsiri pis olmuşdu. Arvadım hamiləliyin 6-cı ayında olanda ağlımı itirmişdim. Sintol məni dəli etmişdi. Az qalmışdı intihar edəm", - Alveş bildirib.
 

Onun sözlərinə görə, hormon, steroid və sintoldan 3 il əvvəl istifadə etməyə başlayıb.
 

Romarionun xanımı, 22 yaşlı Marisangela Marinyu ərinin bu təhlükəli "əzələ marafonu"nun qarşısını almağa çalışsa da, heç nəyə nail olmayıb.

Alveşin qolunda sintol inyeksiyalarından sonra əzələlər şişsə də, onun orqanizmində ciddi fəsadlar yaranmışdı.
 

Ötən ilin avqust ayında Alveşin biseps əzələlərində qaralmalar başlayanda həkimlər çıxış yolunun amputasiya olduğunu demişdilər.

Lakin sonradan müalicə nəticə verdi.
 

Hələlik hər şey "nisbi sakitlik" səviyyəsindədir.
 

"Arvadım dedi ki, bir də hormon və ya sintol inyeksiyası etsəm, oğlum Asaffini də götürüb, gedəcək. Ailəmin dağılmasını istəmirəm. Ona görə steroidlər qəbul etməyi dayandırmışam", - Romario dos Santos Alveş deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.