Hadisə

Azərbaycanda 11-ci sinif şagirdi faciəvi şəkildə öldü

31 Avqust 2016 20:25
12 Şərh     Baxış: 4 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün günorta saatlarında Neftçala şəhərində yerləşən Qobu adlanan göldə 16 yaşlı oğlan boğulub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Neftçala şəhər 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Ayxan Yalçın oğlu yoldaşları ilə birgə "Qobu"da çimərkən batıb.

Hadisə şahidlərinin dediyinə görə, Ayxan bir sahildən uzaq məsafədə yerləşən digər sahilə üzmək istəyərkən suda boğulub.

İndiki saatlarda onun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda arşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.