Hadisə

"Hyundai" ix35 qəzaya uğradı, 4 aylıq körpə və 3 yaşlı qız yaralandılar

2 May 2016 23:16
0 Şərh     Baxış: 3 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib. 

Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi Hyundai ix35 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, avtomobildə olan sürücünün həyata yoldaşı, 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq körpə Qurbanov Vahid Arzu oğlu sınıq və digər xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ailə üzvlərindən iki nəfər - 3 yaşlı Dəniz Arzu qızı və digəri isə yüngül xəsarətlər alıb.
 
Hadisəyə yağışlı hava səbəb olub. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.