General: "Azərbaycan daha sarsıdıcı zərbə vurmalıdır..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin ilk günləri Qarabağda başlayan müharibə Azərbaycan tərəfinin strateji əhəmiyyətli bir neçə təpə və yüksəkliyi almasından sonra atəşkəslə başa çatdı. Ancaq Azərbaycan cəmiyyətində belə əminlik var ki, atəşkəs işğal altındakı ərazilərimizin dinc yolla geri qaytarılmasına kömək etməyəcək və ordumuz erməni işğalçılarını ərazilərimizdən çıxarmaq üçün hərbi əməliyyatları davam etdirməlidir.
Mövzu ilə bağlı keçmiş müdafiə naziri Dadaş Rzayevin fikirlərini öyrənməyə çalışdıq.
Milli.Az sabiq nazirin virtualaz.org-a müsahibəsini təqdim edir:
- Bir neçə gün davam edən döyüşlərdən sonra atəşkəs elan edildi. Sizcə, atəşkəsdən sonra problemin həlli üçün hansı addımlar atılmalıdır?
- Atəşkəs elan olundu, razılığa gəldilər, amma ermənilər indi də atəşkəsi pozurlar. Dünən oxudum ki, ermənilər atəşkəsi 120 dəfə pozub və cavab atəşi ilə susdurulublar. Deməli, bizim ordunun verdiyi dərsi onlar başa düşmədilər. Əgər belə davam etsələr, bir hərbçi kimi hesab edirəm ki, Azərbaycan ermənilərə daha sarsıdıcı zərbə vurmalıdır ki, Qarabağ məsələsi birdəfəlik həll olunsun.
- Qeyd etdiniz ki, Ermənistana daha ciddi zərbə vurulmalıdır. Bunun üçün Azərbaycan ordusu daha hansı silahları almalıdır?
- Hazırda Azərbaycan ordusunun sərəncamında Ermənistanın Qarabağdakı işğalçı qüvvələrinə sarsıdıcı zərbə vurmaq üçün bütün lazım olan silahlar, hərbi texnika var. Gördüyünüz kimi, ermənilər indi Azərbaycanın 4 günlük hərbi əməliyyatlarda tətbiq etdiyi yeni silahlarla bağlı böyük vay-şivən qaldırıblar. Hansı ki, hələ bizim ordumuz arsenalındakı silahların çox cüzi hissəsini tətbiq edib. Əminəm ki, silahlı qüvvələrimizin daha da gücləndirilməsi və ən yeni silahlarla təchiz edilməsi bundan sonra da davam edəcək.
- Qarşı tərəf könüllülərdən ibarət dəstələr yaradır. Azərbaycanda da könüllülərin cəlb edilməsinə başlamaq lazım gəlirmi?
- Ermənilərdə resurs yoxdur, insan resursları məhduddur. Onların 1,5-2 milyon əhalisi var. Bizim əhalimiz isə 10 milyona yaxınlaşır. Bizim potensialımız çox yüksəkdir. Onlar da bunu başa düşür və oradan-buradan könüllülər, muzdlular gətirirlər. Amma hamısı boş şeydir. Azərbaycan ordusunun zərbələri qarşısında tab gətirməyib hamısı qaçacaq. Bizdə könüllü dəstəsi yaratmağa ehtiyac yoxdur. Ordumuz kifayət edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
-
Əməkdar artistin xanımı xəstəxanaya yerləşdirildi
-
Bakıda günlərdir divarın arasında qalan pişiklər belə XİLAS OLUNDU - VİDEO
-
47 cinayətin üstü açıldı, 124 nəfər saxlanıldı
-
Üç itkin şəhidimiz dəfn ediləcək
XƏBƏR LENTİ
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir
-
Siqareti tərgidənlərin NƏZƏRİNƏ - Ekspertdən tövsiyələr
-
Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
"Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
-
MEDİA jurnalistlər üçün müsabiqə elan ETDİ
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Gənclərin metrodakı bu hərəkəti qınağa səbəb oldu - VİDEO
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
-
Aygün geri döndü - Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI
-
Sizə də bu dərmanlar yazılıbsa, qətiyyən İÇMƏYİN - FOTO
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi





