Bakıda dayanacağa çırpılan maşın kül oldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda dəhşətli yanğın hadisəsi baş verib. Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən gecə Nərimanov rayonu, Ayna Sultanova heykəli ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) arasındakı ərazidə avtoqəza baş verib. "Subaru" markalı minik avtomobili yüksək sürətlə yolun kənarındakı maşrut dayanacağına çırpılıb. Nəticədə dayanacaq yararsız hala düşüb.
Qəzadan bir neçə dəqiqə sonra isə, avtomobil alovlanmağa başlayıb. Xoşbəxtlikdən, ətrafda olan taksi sürücüləri maşında olan sərnişinləri yanğın böyümədən ərazidən uzaqlaşdıra biliblər. Hadisə şahidlərinin musavat.com-a verdikləri məlumata görə, yanğın o qədər şiddətli olub ki, avtomobildən əsər-əlamət qalmayıb. Hətta yaxınlıqdakı körpüyə də ziyan dəyib.
Əraziyə çağırılan FHN-in yanğınsöndürmə idarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını alıblar. İlkin məlumatlara görə, qəza nəticəsində güclü xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, onlar 5 dəfə partlayış səsi eşidiblər: "Qəzadan xəbərimiz yox idi. Qəfil partlayış səsi eşitdik. Ardından 4 dəfə də güclü partlayış oldu. Bayıra çıxdıq. Gördük ki, körpü tərəfdə yanğın var. Gəlib, baxdıq. Maşın dayanacağa çırpılmışdı. Və dəhşətli yanırdı. Amma sahibini görmədik. Deyəsən getmişdi. Gördük ki, alov getdikcə böyuyür, səs-küy saldıq. Sürücülərə dedik ki, maşınları kənara çəksinlər. Hər şey ola bilərdi".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DÇ-2026 ilə gündəmə bomba kimi düşən Şakira Nyu-York küçələrində: "Dişləri sanki körpə uşaq dişləridir" - (Foto-Video)
-
Bakının iki qəsəbəsində qaz kəsiləcək
-
Rafael Ağayevdən vəfat edən atası ilə bağlı paylaşım
-
Bakıda tıxac yaranan küçə və prospektlər açıqlandı
-
Gəncə paxlavasının hazırlanma qaydası
-
Qarabağ mətbəxinin qədim yeməyi: Bağır-Beyin
-
Nektarini uzun müddət təzə saxlamağın yolu
-
Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
-
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır
-
Yay salatı üçün yüngül sousun resepti
-
Aşpazların sirri: Pomidor sousunu belə ləzzətli edin
-
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır
-
Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür - Əslində nə üçündür?
-
Cəmi 3 tərkiblə: Mükəmməl tut mürəbbəsi resepti
-
Yayda buzlu su içmək həmişə faydalıdırmı?
-
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
-
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
-
Azərbaycan kartofdan milyonlar qazandı
-
"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Turist ağzında mağazadan 200 min dollarlıq brilyant apardı
-
"Geyimdən çox rahatlığınızı düşünün"





