Hadisə

Fabrikdə qəza: 600 ton taxıl yola dağıldı - YENİLƏNİB - FOTO - VİDEO

5 May 2015 19:20
0 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:20
  

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə zamanı 1000 ton taxıl tutan çənin çırılması nəticəsində təxminən 600 tondan çox taxıl yerə tökülüb. Qəza zamanı fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elektrik naqilləri sıradan çıxıb.
Xəsarət alan yoxdur.


Hadisəyə ilkin səbəb kimi çənin içindəki borunun sınması və taxılın sıxılıb qalması bildirilir. Taxılın Əziz Əliyev prospektinə tökülməsi nəticəsində yolda avtomobillərin hərəkəti tam məhdudlaşıb. Təxminən 2 saat avtomobillər digər yolla hərəkət edib. Əraziyə tökülən taxılın yığılması üçün 4 ağır texnika, eləcə də 20 canlı qüvvə cəlb edilib.


---------
17:04

Gəncədə un fabrikinə məxsus bunker cırılıb

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün saat 16:00 radələrində "Neon" un fabrikinə məxsus taxıl saxlanılan bunkerdə cırılma hadisəsi baş verib. Nəticədə bunkerdə olan buğda yola dağılıb.

Nəticədə Əziz Əliyev prospektinin həmin ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşıb. Hazırda traktorla buğdanın yığımı aparılır. Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elekrtik naqilləri sıradan çıxıb.

Milli.Az

----------
19:17

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.