Hadisə

Üç uşaq anası özünü öldürdü

26 Aprel 2015 12:19
0 Şərh     Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada intihar hadisəsi baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyidi yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. İntiharın səbəbləri həllik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.