Hadisə

Bakıda "Qaynana" filmi təkrarlandı - YENİLƏNİB

2 Sentyabr 2014 12:27
4 Şərh     Baxış: 4 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:27

Bakıda "Qaynana" kinosu gerçək olub. Fərq yalnız dəlixana əvəzinə yanğınsöndürənə edilmiş zəngdədir. Mətbuatda Yasamal rayonu, Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxananın yanması barədə məlumat yayılıb. Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən aldığı məlumat isə gözlənilməz olub. Həmin kitabxanaya yanğınsöndürən maşınlar göndərilib, amma məsələ fərqli olub. Kitabxananın bir əməkdaşının ürəyi gedib. Onun iş yoldaşları isə təcili yardım əvəzinə yanğınsöndürənlərə zəng ediblər.

Yanğınsöndürənlər həmin kitabxanaya getsələr də, gördükləri mənzərədən çaş-baş qalıblar.

----------
11:18

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxanada qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.