Texnologiya

Internet Explorer-də dəlik var

27 İyun 2015 19:15
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Microsoft korporasiyası hakerlərin FK-in əməli yaddaşına müdaxiləsinə imkan verən Internet Explorer 11 brauzerində aşkar edilmiş boşluğu aradan qaldırmayacaq.

Korporasiyanın nümayəndəsi bu addımı belə izah edib ki, brauzerin boşluq aşkar edilmiş 32 bitlik versiyası istifadəçilərin marağını bir o qədər cəlb etmir. Bundan əvvəl korporasiya boşluğun aşkar edilməsi üçün 125 min dollar məbləğində mükafat ödəyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft korporasiyası təsdiq edib ki, tərəfimizdən aşkar edilmiş boşluq barəsində hər hansı addım planlaşdırılmır. Biz də qərara aldıq ki, ictimaiyyət bu haqda bilməlidir - HP-nin bloqunda şirkətin nümayəndəsi Dastin Çailds yazıb. Bu halda HP şirkəti Microsoftun informasiyanın 120 gün ərzində yayılmaması ilə bağlı tələbinə riayət edib.
 
32 bitlik Internet Explorer 11 brauzerində bu boşluğu HP-nin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri Brayan Qorenk, Əbdül Əziz Xariri və Saymon Sukerbraun aşkar edib.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.