Texnologiya

Balaca dövlətin yeni valyutası var

14 May 2015 22:20
0 Şərh     Baxış: 1 259

Balkan yarımadasında mikrodövlətlərin yaradılması dəb halını alır. Sloveniya və Xorvatiya sərhədi boyunca kiçik ərazidə kartoqrafiya uyğunsuzluğu aşkar etmiş polşalı turist K. Vrona Liberlend estafetinə davam edib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Xorvatiya ilə sərhəddə yerləşən 100 kvadrat metr ərazi aprelin 23-dən Anklav Krallığı (The kingdom of Enclava) adlanır. Artıq yüzdən çox insan bu ərazinin vətəndaşıdır.
 
Yeni yaradılmış mikrodövlətin hələ ki paytaxtı, bayrağı və himni olmasa da,  artıq öz  valyutası var. Enclava.org saytındakı informasiyaya əsasən, Dogecoin rəqəmli pulu Anklava Krallığının rəsmi pul vahididir.
 
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.