Səhiyyə

Damarlarımızdan süni qan axacaq

25 İyun 2016 10:26
2 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup yapon alimi 2020-ci ildən induksiya olunan gövdə hüceyrələrin (iPS-hüceyrələr) vasitəsilə süni qanın kütləvi istehsalını planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ilin aprelində "Megakaryon" şirkəti ilk uğurlu nümunələri yarada bilib. Korporasiyanın prezidenti Gendziro Miva Tokio Universitetinin professoru Hiromitsu Nakauti və Kioto Universitetinin professoru Kodzi Eto ilə süni qan yaradılması üzərində işə 2008-ci ildə başlayıb.

Tədqiqatçıların fikrincə, əhalinin yaşlanması şəraitində süni qan istehsalı çox vacibdir, çünki potensial donorların sayı kəskin azalıb. Bu texnologiya dünyanın qanköçürmə stansiyalarının təşkili üçün kifayət qədər şəraitin olmadığı regionlarında həkimlər üçün də vacibdir.

Hazırda "Megakaryon"un yalnız kiçik həcmdə süni qan istehsal etməyə imkanı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.