Sağlamlıq

Azərbaycanlı ulduzlar düzgün qidalanmanın tərəfdarıdır - FOTO

9 Fevral 2016 16:51
Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tibb mərkəzlərinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə "Dieta düzgün qidalanmanın əsasında" mövzusunda elmi-praktik konfrans keçirilib. Bunu Trend-ə tədbirin təşkilatçıları deyiblər.
Qonaqlar arasında televiziya aparıcıları Afaq Gəncəli və Dilarə Əliyeva, aşıq Samirə Əliyeva, müğənni Əbdül Xalid və digər ulduzlar olub.
Tədbirin təşkilatçısı, həkim-dietoloq Tutu Zeynalova qeyd edib ki, sağlam dieta sağlamlığa zərər vermədən arıqlamağa yönəlmiş düzgün qidalanmadır: "Düzgün qidalanma sağlamlığı qorumağa kömək edir və enerjini artırır, bundan başqa həyat keyfiyyəti xeyli yaxşılaşır. Onun əsas prinsipi rasionun fərdi zövq seçimlərinə və orqanizmin vəziyyətinə uyğun gəlməsidir. Arıqlama prosesində düzgün qidalanma həlledici rol oynayır, çünki məhz sağlam qidanın köməkliyi ilə dünya əhalisinin yarısının üzləşdiyi artıq çəkidən xilas olmaq mümkündür. Buna görə də bədən qamətinizi düzəltmək və bədəni daha cəlbedici etmək qərarına gəlibsinizsə, düzgün qidalanma və dieta bir-birilə ahənglik təşkil etməlidir".
Çıxış edənlər vurğulayıblar ki, düzgün olmayan qidalanma bütün mümkün xroniki xəstəliklərə, qastritə, artıq çəkiyə, piylənməyə, dəridə səpmələrə, saçların tökülməsinə, tez sınan dırnaqlara, süstlüyə və depressiyalara gətirib çıxarır. İnsan sağlamlığı istehlak edilən məhsullardan və qida vərdişlərindən tam asılıdır. İnsanın düzgün qidalanması balanslaşdırılmış olmalıdır, yəni zülallar, karbohidratlar və yağlar arasında sağlam balansa riayət edilməlidir.
Tədbirdə "Tutu diet Youtube" sosial şəbəkəsində bloq və kanalın təqdimatı olub.
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.