Sağlamlıq

Ürək üçün 5 məhsul - FOTO

29 Sentyabr 2014 15:21
0 Şərh     Baxış: 5 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız orqanizmi gücləndirmək üçün ən yaxşı vaxtdır

Bədənimizin əsas üzvü olar ürəyimizin sağlamlığı üçün nə etməliyik? Payız ürəyin qayğısına qalmaq üçün ən yaxşı zamandır. Çünki indi meyvə və tərəvəzlərdə maksimum dərəcədə vitamin, minerallar var. Bunlar xüsusilə ürək-damar sistemi üçün faydalıdır.

Milli.Az anspress-ə istinadən ürəyimizin yaxşı işi üçün lazım olan meyvə və tərəvəzi təqdim edir.

1. Xurma .

dadlı payız meyvəsi kalium və yodla zəngindir. Xurma volokardini əvəz edir. 2-3 dilim xurma sizi ürək ağrısından azad edəcək. Aterosklerozla mübarizədə xurma hətta almadanda faydalıdır.

2. Alma

Adətən yüksək təzyiq və ürək xəstələrinin menyusuna daxil olur. Alma istənilən formada faydalıdır. Çoxsaylı faydalı turşular damarlara faydalı təsir edir. Səhər yarma ilə bircə dilim alma yemək qandakı xolestrolu tənzimləyir.

3. Kartof

Kartof kalium ilə boldur. Bu ürək üçün ən vacib maddədir. Əgər sizə qan dövranının pisləşməsi diaqnozu qoyulubsa, bu məhsulun rasionda olması vacibdir. Təzə kartofda apelsində olan qədər C vitamini var.

4.Yerkökü

Təzə yerkökündə karotin var ki, bu da orqanizmdə A vitamininə çevrilir. Ən faydalısı isə yerkökünün şirəsidir. Dietoloqların sözlərinə görə, yerkökündən gündəlik istifadə qanda xolesterolu azaldır.

5. İtburnu

İtburnunun tərkibində olan maddələr bərpa-oksidləşmə prosesini yaxşılaşdırır. Bioflavonidlər damarların divarlarını möhkəmləndirir, imunniteti gücləndirir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.