Sağlamlıq

Çöpçülər: Uşaqların dərdlərinin əlacı onlardadır?

21 İyul 2014 17:34
8 Şərh     Baxış: 3 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çöpçülük və bu işin peşəkarları... Yəqin ki, hər biriniz həm el arasında ixtisaslaşan bu peşə, həm də bu peşənin peşəkarlarından xəbərdarsınız. "Uşağımın dərdinə əlacı çöpçü tapdı" kimi fikirləri söyləyən valideynlərə də az rast gəlmirik. Bəs əslində necədir - balacalarda yad cism hissiyatı yaranarkən ilk müraciət ünvanı çöpçü, yoxsa mütəxəssis-həkim olmalıdır?!

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, çöp çıxarma fəaliyyəti ilə məşğul olan insanları, yəqin ki, hamımız tanıyırıq və çox güman ki, ömründə bir dəfə də olsa hər bir uşağın burnu onların nəfəsindən keçib. Çox maraqlıdır, görəsən, səhiyyənin inkişaf etdiyi bir dövrdə çöpçünün bacardığı işi görmək o qədərmi çətindir?! Əslində sualın cavabını bu işlə məşğul olanların özlərindən öyrənməyə cəhd göstərsək də, heç bir çöpçü özündə cəsarət tapıb kamera önünə keçmək istəmədi.
İsti havada uşaqlar daha da aktivləşir. Bu aktivlik isə balacalara bəzən baha başa gəlir. Uşaq hərəkətli olduqda müəyyən cisimlər onların burun udlağı və qırtlaq udlağında ilişib qalır və nəticədə valideynlər çöpçülərə müraciət etməli olurlar. Əslində isə mütəxəssislər bu zaman çöpçülərə müraciəti yolverilməz hesab edir. Amma bu hal nə qədər yolverilməz hesab edilsə də, həkim məsləhətinə qulaq asan valideynlərlə yanaşı, qadağalara məhəl qoymayaraq pənahı çöpçüdə axtaranlar da az deyil.

Valideyn: "Bir də görürük ki, qızdırması var aparırıq çöpçüyə. Həm inanıram, həm də inanmıram. Amma çöpçüdən gələndən sonra uşaq özünü yaxşı hiss edir".

Valideyn: "Heç aparmamışam. Ehtiyac olmayıb. Boğazlarında bir şey qalsa belə, gözləyirəm ki, özü çıxsın".

Valideyn: "Görürəm bir gün, iki gün iştahası pozulub, qonşuda çöpçü var, aparıram onun yanına. Burnundan üfürür çıxır. Sonra uşaq yaxşılaşır".

Valideyn: "Mən heç çöpçü tanımıram. Nəvələrimi də heç vaxt aparmamışam. Hamısı da sağlamdırlar".

Valideyn: "Bu çöpçülər uşaqlara çox kömək edirlər. Çöpü qalanda aparırıq yanlarına, ondan sonra qızdırması düşür və uşaq yaxşılaşır".

Valideyn: "İnamımız yoxdur. Biz daha çox həkimə müraciət edirik. Tibbdə elə bir şey yoxdur".

Keçirilən sorğudan da görünür ki, fikirlər fərqli, düşüncələr müxtəlifdir. Amma əsas olan mütəxəssis rəyidir. Necə deyərlər, hər işin öz peşəkarı...

Leyla Hüseynova
, Gəncə şəhəri 1 saylı Uşaq Xəstəxanasının loru: "Üfürməklə yad cismi çıxarmağa çalışırlar. Bu isə əksinə böyük fəsadlara gətirib çıxara bilər. Həmin cismlər tənəffüs yollarının daha aşağı hissələrinə düşə bilərlər. Bu da boğulmaya, nəfəs çatışmazlığına gətirib çıxara bilər. İnsanın ağız boşluğu müxtəlif mikroblarla zəngindir. Bəlkə, üfürən adam xəstədir, nəfəs yolu ilə uşaq yoluxa bilər".

Əvvəldə də qeyd etdiyimiz kimi müraciət etdiyimiz çöpçülər işi ilə bağlı müsahibə verməkdən yayındılar. Məqsədimiz asan yolla pul qazananların bazarına bais olmaq deyildi. Sadəcə, etdikləri işi əyani şəkildə göstərmələri lazım idi ki, tamaşaçılar da bundan bir nəticə çıxarsın. Hər halda arifə bir işarə də kifayətdir. Nəticə çıxarmaq üçün isə bir yox bir neçə nişanə verdik... İndi son qərar valideynlərindir, çöpçü yoxsa, həkim?!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.