Əsrlər boyu xanımlar bər-bəzəkli daş-qaşlardan istifadə ediblər. Bəziləri qızıldan, bəziləri gümüşdən və bu kimi müxtəlif daşlardan. Bu əşyaları bir çox xanımlar, sadəcə, gözəllik uçun istifadə etsələr də, elə daşlar da var ki, onlardan müalicə üçün istifadə edilib və müasir dövrdə də istifadə edən var. Belə daşlardan biri də kəhrəbadır."Kəhrəbanı gərək elə taxasan ki, boyuna yapışsın"
Kəhraba nəsli kəsilmiş bir şam ağacının qatranıdır. Onun üçün bəziləri Kəhrabaya qatran daşı, bəziləri isə yantar deyirlər. Gözəl görünüşü ilə yanaşı, tibbi əhəmiyyəti də olan kəhrəba daşının boğaz infeksiyalarında, habelə zob xəstəliyinin müalicəsində faydası var. Bu fikirləri tez-tez yaşlı nəslin nüməyəndələrinin dilindən də eşidirik.
Milli.Az CTV-yə istinadən xəbər verir ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini 77 yaşlı Zübeydə Nəcəfova da elə uzun illərdir ki bu məqsədlə kəhrəba daşından istifadə edir.
Zübeydə nənə bildirib: "Zob var idi mənim boğazımda. Bakıda baxdılar mənə, professor dedi əməliyyat eliyim. Dedim yo,x qoymaram. Anam gedib kənddə bundan-ondan soruşub, qədimi adamlardan soraqlaşıb. Daha sonra daşlardan Onlardan bir dənə-bir dənə gətirdi, saldı mənim boynuma".
Zübeydə nənə deyir ki, kəhrəba daşını boyuna elə-belə salmaq olmaz. O, boyunun divarına yapışmalıdır: "Bunu gərək boyuna elə salasan ki, bu, yapışsın boğaza. Qoy yapışsın bura. Bu kəhrəba o zobu udur. Yavaş-yavaş yaxşı olursan da".
Ağbirçək bildirir ki, kəhrəba daşının müxtəlif növləri var. Özündə olan kəhrəba isə təbiidir və o, bu daşı zob xəstəliyi ilə bağlı ondan istəyənlərə də verir:
"Bu da xalis kəhrəbadır, həəcdən gətiriblər. Neçə nəfərə vermişəm zob olanlara, salıblar boynuna. 1-2 il saxlayıblar veriblər mənə. Mən də yadigar kimi saxlamışam".
Qızıl-zinət əşyalarının satıldığı mağazalarda isə süniləri olsa da, təbii kəhrəba daşına rast gəlinmir. Ona görə də kəhrəbanın müalicəvi hikmətinə inananlar soraqlaşaraq Zübeydə nənə kimi insanları tapır və həmin daşı əldə edirlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













