Sərgilər

24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək

28 Mart 2017 13:30
Baxış: 3 888

31 may - 3 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas 2017" sərgisi keçiriləcək. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz "Caspian Oil& Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. 

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, Xəzər Neft və Qaz "Caspian Oil&Gas" layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. 
Bu il sərgidə Almaniyadan, Çindən, Gürcüstandan, İrandan, Niderland Krallığı, Özbəkistandan, Rusiyadan, Türkiyədən, və digər ölkələrin şirkətləri iştirak edəcək. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, baş sponsoru qismində ənənəvi olaraq "SOCAR", qızıl sponsorları qismində "BP" şirkəti, gümüş sponsorlar qismində isə Azeri MI, Baku Steel Company, AZFEN, Caspian Drilling Company Ltd, Caspian Marine Services (CMS), Global Energy Azerbaijan, RussNeft, SOCAR POLYMER, TEKFEN Construction, SIMONE və digərləri çıxış edir. Sərginin baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group" şirkəti çıxış edir.

1-2 iyun tarixində "JW Marriott Absheron Baku" otelində keçiriləcək ənənəvi  Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas Conference" konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq. 

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Sərgi və konfransın təşkilatçıları qismində "ITE Group" və onun tərəfdaşı "Iteca Caspian" şirkətləri çıxış edirlər.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.