Təhsil

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq

15 Aprel 2025 10:40
Baxış: 2 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tələbə təqaüdlərinin artırılması nəzərdə tutulur. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirir ki, təqaüdlərin 15-20 faiz artırılması proqnazlaşdırılır.

"Tələbələrin ehtiyacları çoxdur. Bəziləri yataqxana xərcləri, komunal ödənişlər və digər ödənişlərdə tələbə təqaüdü onlara dəstək olur. Əlaçılar 200, zərbəçilər 175, adi təqaüd 145 manat təxminən təqaüd alma imkanı əldə etmiş olarlar". 

Bəs artım kimlərə şamil olacaq?

Ekspertin sözlərinə görə, artım tək universitet tələbələrinə deyil, həm də peşə təhsili üzrə və orta ixtisas təhsil müəssələrində təhsil alan tələləbələrə, masterlərə, doktorantura pilləsində təhsil alanlara aiddir. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu il dövlət büdcəsindən təhsilə 5 milyard ayrılıb. Təqaüdlərinin artırılması ilə bağlı məsələ hökümətin diqqətindədir. Lakin təqaüdlərin tam olaraq nə vaxt artırılacağı tarix məlum deyil. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.